Yaxın Şərqdə yeni partlayış təhlükəsi var - Politoloqdan xəbərdarlıq

Yaxın Şərqdə yeni partlayış təhlükəsi var - Politoloqdan xəbərdarlıq backend

Yaxın Şərqdə vəziyyətin daha da pisləşməsi tendensiyası var və bununla əlaqədar Livan-İsrail sərhədində yeni partlayışlar gözləmək olar.

Qaziler.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Yelena Suponina “SM.News” ilə söhbətində deyib. Politoloq eskalasiyanın Qərb ölkələrinin “İranı öz yerinə qoymaq” planlarının bir hissəsi olduğunu qeyd edib.

"Düşünürəm ki, Livan-İsrail sərhədində vəziyyət daha da pisləşsə, partlayışlı hadisələr cərəyan edə bilər", - Suponina vurğulayıb.

Ekspert aydınlaşdırıb ki, İsrailin baş naziri Benyamin Netanyahu İranı regionda qeyri-sabitliyin əsas mənbəyi hesab edir. O cümlədən Tehranın Livanda yerləşən Hizbullah hərəkatını dəstəkləməsini də...  Suponinanın fikrincə, İsrail və Qərbin hərəkətləri regionu böyük dərəcədə “narahat edə” bilər, çünki bu hamı üçün mənfi nəticələrə səbəb olacaq.

QAZİLER.AZ

Diaspora