Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynaya tədarük edilən silahların dünyanın müxtəlif qaynar nöqtələrinə yayılmasına diqqət yetirmək istəmir.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Qərbin həqiqətən diqqət yetirmək istəmədiyi başqa bir cəhət Ukraynaya tədarük edilən silahların yayılmasıdır”, - deyə rusiyalı nazir bildirib.
Onun sözlərinə görə, silahlar müxtəlif qaynar nöqtələrə paylanır, buradan da ekstremistlər və terrorçular tərəfindən istifadə olunur.
O, qeyd edib ki, Ukraynaya tədarük edilən silahlar təkcə Yaxın Şərqdə deyil, Skandinaviya ölkələrində də aşkar edilib və qeyri-qanuni göndərişlər də müəyyən edilib.
Lavrov onu da bildirib ki, Qərb bəzi ölkələri Moskvanın razılığı olmadan Ukraynaya Rusiya silahı verməyə razı salır. O vurğulayıb ki, Rusiya öz öhdəliklərinə əməl etməkdə israrlı olacaq.
QAZİLER.AZ