Orban Ukraynadakı münaqişənin yeganə həll yolunu açıqlayıb

Orban Ukraynadakı münaqişənin yeganə həll yolunu açıqlayıb backend

Ukrayna münaqişəsi ancaq atəşkəs və danışıqlar yolu ilə həll oluna bilər.

Qaziler.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban “Le Point” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, başqa yol yoxdur. Məhz buna görə də Macarıstan Kiyevə 50 milyard avro ayrılmasına qarşı çıxır: "Çünki bu, məsələnin məhz hərbi həll yoludur”, - deyə o vurğulayıb.

O qeyd edib ki, macarlar bu işdə ona dəstəkdirlər.

“Zaman keçdikcə biz əmin oluruq ki, Ukraynada münaqişənin hərbi yolla həlli yoxdur. Biz hesab edirik ki, yeganə həll yolu diplomatiyadır. Bu, atəşkəs və dinc danışıqları nəzərdə tutur”, - jurnal onun sözlərindən sitat gətirib.

QAZİLER.AZ

Diaspora