İsrail girovların azad edilməsi üçün müqavilənin şərtləri ilə razılaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə NBC və “Sky News” məlumat yayıb.
Razılıq ABŞ, Misir, İsrail və Qətər nümayəndələri arasında keçirilən görüş zamanı verilib
İsrailin “Today” portalı xəbər verir ki, sazişə müvəqqəti atəşkəs, genişləndirilmiş humanitar yardım və məhkum edilmiş terrorçuların azad edilməsi daxildir.
QAZİLER.AZ