ABŞ-nin nüvə silahı yerləşdirəcəyi növbəti ölkənin adı açıqlanıb

ABŞ-nin nüvə silahı yerləşdirəcəyi növbəti ölkənin adı açıqlanıb backend

Böyük Britaniyadan sonra ABŞ-ın nüvə silahı yerləşdirə biləcəyi növbəti ölkə Polşa olacaq.

Qaziler.az xəbər verir ki, bu sözləri çexiyalı hərbi ekspert Lukaş Vizinqr “Seznam zprávy” nəşrinə müsahibəsində bildirib. Onun fikrincə, Amerikanın F-35 qırıcılarını alan istənilən dövlət döyüş başlıqlarnı daşıya bilən növbəti dövlət də ola bilər.

“Varşava özü artıq NATO-nun Birgə Nüvə Missiyaları proqramında iştirak etmək istədiyini elan edib. Bu qərar Moskvanın Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatına cavab olaraq qəbul edilib. Beləliklə, Polşa bunun yaxın gələcəkdə baş verəcəyini gözləyir”, - Viesinqr təklif edib.

Qeyd edək ki, Birləşmiş Ştatlar “Rusiyadan artan təhlükə” səbəbindən son 15 ildə ilk dəfə Böyük Britaniyada nüvə silahı yerləşdirməyi planlaşdırır.

QAZİLER.AZ

Diaspora