Paşinyanın səfəri Gürcüstanı QARIŞDIRDI: kim kiminlə hesablaşmır?

Paşinyanın səfəri Gürcüstanı QARIŞDIRDI: kim kiminlə hesablaşmır? backend

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvü Mixail Sarjveladze ölkə prezidenti Salome Zurabişvilinin Gürcüstan prezidentinə ölkəyə yüksək səviyyəli səfərlər barədə məlumat verilməməsindən təəssüfləndiyini bildirən bəyanatına cavab verib.

QAZİLER.AZ  Publika.az-a istimadən xəbər verir ki, bu barədə SOVA məlumat yayıb.

Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəyə səfərindən sonra sosial şəbəkələrdə müvafiq bəyanat yayıb.

Sarjveladzenin sözlərinə görə, Gürcüstan hökumətinin Salome Zurabişvili ilə əməkdaşlıqdan imtinası, impiçment prosesinin başlanmasına səbəb olan hərəkətlər fonunda məntiqi ardıcıllıqdır.

"Zurabişvili bilir ki, onun bu görüş və səfərlə heç bir əlaqəsi yoxdur. Əslində, uğurlu səfər idi, ictimaiyyət uğurlu əməkdaşlığın nəticələrinin şahidi oldu, nə bilim. Düşünürəm ki, onun bu barədə deyəcək heç bir sözü yoxdur.

Formal əməkdaşlığa ehtiyac olmayan yerdə, Zurabişvilinin fəaliyyətini impiçment üçün əsas kimi tanıyan hökumətin marağı olmayacaq...

Ötən müddətdə onun artıq müxalifətdə olduğu məlum oldu. O, ritorikasında, hərəkətində, siyasətində müxalifətçidir", - Sarjveladze deyib.

 

 

Diaspora