Macarıstan Ukraynaya 5 milyard avro həcmində hərbi yardım fondunun yaradılmasına mane olmayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Budapeşt Ukraynaya 50 milyard avro həcmində daha geniş maliyyə yardımı paketinin ayrılması məsələsi qarşısında çıxılmaz vəziyyətdə qalan Avropa İttifaqı səfirlərinin görüşündə konsensusun əldə olunmasına mane olmayacağını bildirib”, – jurnalistlər deyiblər.
İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək üçün Macarıstanın baş naziri Viktor Orbana təzyiqlərin artdığı barədə məlumatlar da var.
QAZİLER.AZ