Rusiya, Türkiyə və İran İsraillə bağlı birgə BƏYANAT yayıb

Rusiya, Türkiyə və İran İsraillə bağlı birgə BƏYANAT yayıb backend

İsrail Suriyaya hücum etməklə beynəlxalq hüququ və ölkənin ərazi bütövlüyünü pozub.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya, İran və Türkiyənin birgə bəyanatında qeyd olunub. Sənədin mətnini Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev Suriya üzrə Astana formatında keçirilən beynəlxalq toplantıda oxuyub.

“RF, Türkiyə, İran İsrailin Suriyadakı bütün hərbi hücumlarını pisləyib, bu hərəkətləri beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, Suriyanın suverenliyi və ərazi bütövlüyünə zidd hesab edib”, - Bakaev sitat gətirib.

Bundan əlavə, Rusiya Federasiyası, Türkiyə və İran Qəzza zolağında baş verən humanitar fəlakətdən narahat olduqlarını bildiriblər və “İsrailin fələstinlilərə qarşı amansız hücumunu” dayandırmağın vacibliyinə işarə ediblər.

QAZİLER.AZ

Diaspora