Sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur - Lavrov

Sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur - Lavrov backend

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistan tərəfini maraqlandırmır, bu, Moskva ilə Bakının ikitərəfli münasibətləri məsələsidir”.

Qaziler.az “News.am”a istinadla bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının mətbuat konfransında deyib.

“Hamının Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra da bizim orada sülhməramlılarımız var. Amma bu məsələnin artıq Ermənistan tərəfinə aidiyyəti yoxdur, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.

Onun sözlərinə görə, prezidentlər bu mövzunu müzakirə ediblər. Onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır.

QAZİLER.AZ

Diaspora