Rəisinin Türkiyəyə vaxtilə təxirə düşən səfəri baş tutdu - VİDEO

Rəisinin Türkiyəyə vaxtilə təxirə düşən səfəri baş tutdu - VİDEO backend

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə yola düşüb.

Səfər öncəsi hava limanında jurnalistlərə açıqlama verən İ.Rəisi vurğulayıb ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

“İran və Türkiyənin müxtəlif məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsində geniş əlaqələri var. Biz ölkəmizlə Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin səviyyəsini 30 milyard dollara çatdırmağı hədəfləmişdik və iki ölkənin mövcud imkanları ilə bu rəqəmə nail olmaq mümkündür”, - deyə İran prezidenti vurğulayıb.

İ.Rəisi söyləyib ki, səfər zamanı iki ölkənin ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək iradəsini göstərən mühüm sənədlər imzalanacaq.

Qeyd edək ki, İ.Rəisinin Türkiyəyə səfəri yanvarın 4-nə nəzərdə tutulmuşdu. Lakin İranın Kerman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı baş verən partlayışdan sonra bu səfər təxirə salınmışdı.

Diaspora