Macarıstanlı professor: “Brüssel ölkələrin daxili işlərinə qarışır”

Macarıstanlı professor: “Brüssel ölkələrin daxili işlərinə qarışır” backend

“Brüssel daim digər dövlətlərin daxili işlərinə qarışır və bu, həm Avropa İttifaqı (Aİ) üzvlərinə, həm də ondan kənarda olan və Aİ-yə daxil olmağı heç planlaşdırmayan ölkələrə aiddir”.

Bunu “Report”a Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, professor Vaşa Lazlo (Vasa László) deyib.

O bildirib ki, Aİ ölkələrinə gəldikdə, Brüssel administrasiyası müstəsna olaraq milli səlahiyyətlərə aid olan məsələlərə müdaxilə edir:

“Üçüncü ölkələrə münasibətdə, hətta bu ölkələr Aİ-yə üzv olmaq niyyətində olmasalar da, onunla yalnız tərəfdaşlıq və kommersiya münasibətləri saxlasalar da, tənqidlər müntəzəm olaraq ifadə edilir. Lakin bütün bunlar, adətən, siyasi müstəvidə özünü büruzə verir, çünki Qərbi Avropa şirkətləri beynəlxalq arenada tənqid hədəfi olsalar belə, ölkələrə investisiya qoymağa və bizneslə məşğul olmağa üstünlük verirlər”.

Professor qeyd edib ki, üçüncü ölkələrin daxili siyasətinin daimi tənqidi obyektiv olmaya bilər, çünki Aİ-yə üzv ölkələr arasında, xüsusən də məhkəmə sistemi məsələlərində çoxlu ziddiyyətlərə rast gəlmək olar.

Onun sözlərinə görə, bu yanaşma heç də həmişə düzgün olmur, ilk növbədə Aİ düzgün məlumat almalıdır ki, mühakimə yürüdə bilsin:

“Bir çox hallarda Aİ liderləri qeyri-dəqiq və əslində, heç də həqiqətə uyğun olmayan məlumatlar əsasında mühakimə olunur və tənqid edilirlər”.

“Fransaya gəlincə, bu ölkə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi roluna uyğun deyil, çünki açıq-aydın Ermənistanın təkcə Avropada deyil, bütün dünyada dəstəkçisidir. Bu o deməkdir ki, o, qərəzsiz və obyektiv ola bilməz”, - V.Lazlo vurğulayıb.

Diaspora