"Rusiyanın Ukraynada qazandığı zaman Baltikyanı ölkələrə, Polşa və Finlandiyaya hücum edəcəyi barədə bəyanatlar Kiyevə dəstək və ona pul toplamaq üçün uydurmadır".
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, Qərb ölkələri çox yaxşı başa düşürlər ki, Kiyevdə xüsusi hərbi əməliyyatların ləğvi nəticəsində Ukrayna Rusiyaya məxsus hər şeyi məhv etmək kursunu davam etdirəcək.
"Rusiya döyüşü dayandırarsa, müharibə bitəcək, Ukrayna döyüşü dayandırsa, Ukrayna bitəcək. ABŞ-nin ən yüksək eşelonlarında hətta deyilirdi ki, bundan sonra Rusiya Baltikyanı ölkələrə, Polşaya, Finlandiyaya hücum edəcək - Konqresdən və Avropa parlamentlərindən pul toplamaq üçün, onları inandırmaq ümidi ilə nələr düşünülür”, - deyə rusiyalı nazir bildirib.
QAZİLER.AZ