Lavrov Ukrayna ilə bağlı danışıqlarda mühüm detala diqqət çəkdi - VİDEO

Lavrov Ukrayna ilə bağlı danışıqlarda mühüm detala  diqqət çəkdi - VİDEO backend

“Rusiya Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə danışıqlara hazırdır, lakin Kiyevin hazırkı liderlərini isə necə hakimiyyətdə saxlamağa yox...”,

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib. O əlavə edib ki, Moskva “Kiyev rejiminin liderlərinin fantaziyalarına uymaq” niyyətində deyil.

“Nəzərinizə çatdırım ki, biz heç vaxt imtina etməmişik və həmişə danışıqlara hazır olmuşuq. Danışıqlar Kiyev rejiminin liderlərini necə hakimiyyətdə saxlamaq və onların fantaziyalarını həyata keçirmək haqqında deyil, ölkənin on illik dağıdıcı talanması və xalqına qarşı zorakılığın irsini aradan qaldırmaq haqqındadır”, - Lavrov bildirib.

QAZİLER.AZ

Diaspora