Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər

Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər backend

Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə edəcəklər.

Apa xəbər verir ki, bu barədə RİA “Novosti” Brüsseldəki diplomatik mənbəyə istinadən yazıb.

Bildirilib ki, bu gün Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

İnterfaks“ın məlumatına görə isə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan - Ermənistan münasibətlərinin nizamlanması mövzusunda təqdimatla çıxış edəcək.

Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri həmçinin, Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəklər.

Diaspora