Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib

Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib backend

Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.

Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah edib.

Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.

 

 

Diaspora