"Qərb Qəzza zolağında fiaskoya uğrayıb və bu səbəbdən inamı itirib".
Qaziler.az TRT Haber-ə istinadla xəbər ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, təhlükəsizliyə cavabdeh olan strukturlar Fələstin xalqına qarşı törədilən soyqırımı və vəhşiliyi ancaq səssizcə seyr edirdilər.
Ərdoğan danışığında İsrailin baş naziri Benyamin Netanyahunu “müasir dövrün imperatoru” adlandırıb.
“Qəzza sınağından çıxa bilməyən Qərb ölkələrinə artıq etibar yoxdur. Onların faşist üzləri açıqdır. İraq, Bosniya, Suriya və Somalidə olduğu kimi, qlobal təhlükəsizliyin təmin edilməsini də əhatə edən strukturlar iflasa uğrayıb. “Onlar müasir dövrün imperatoru (İsrailin baş naziri Benyamin) Netanyahunun Fələstin xalqına qarşı törətdiyi soyqırımı və barbarlığı müşahidə etməklə məhdudlaşıblar”, – Ərdoğan deyib.
QAZİLER.AZ