Ukrayna prezidenti Volodimir Zelenski Davosda keçirilən beynəlxalq forumun tribunasından dünya ictimaiyyətinə yalan danışaraq, Rusiya Federasiyasının prezidenti Vladimir Putini Minsk razılaşmalarını pozmaqda ittiham edib.
Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
“O, Rusiya və Putini dünyadan 13 illik sülhü oğurlamaqda ittiham etdi. Onun sözlərinə görə, 2014-cü ildən sonra Almaniya və Fransa çox çalışıblar, Minsk razılaşmaları şəklində müvəqqəti həll yolu ilə razılaşıblar və Putin hər şeyi məhv edib”, - Lavrov bildirib.
“Amma Zelenski Davosdakı iqtisadi forumun tribunasından beynəlxalq ictimaiyyətə sadəcə yalan danışır. Belə insanlarla necə danışmaq olar? Üstəlik, onun Rusiya ilə danışıqları qadağan edən fərmanı hələ də ləğv edilməyib”, - Lavrov əlavə edib.
QAZİLER.AZ