İsrail nazirləri və komandirləri çıxışları zamanı fələstinliləri heyvan adlandırıblar, lakin onların bu cür bəyanatları Qərb tərəfindən heç bir mənfi reaksiyaya səbəb olmayıb, rədd cavabı verilməyib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib. Nazirin sözlərinə görə, bu, dəhşətli analogiyalara səbəb olur. O xatırladıb ki, ukraynalı siyasətçilər əvvəllər Donbass sakinlərinə qarşı oxşar şəkildə danışıb, onları “qeyri-insan” adlandırıblar.
Sanki fələstinlilər insan deyil, heyvandırlar kimi səsləndirilib. Yatsenyukun dediyi kimi, Donbassda yaşayanlar insanlar deyil, məxluqlardır, Zelenskinin söylədiyi kimi... Ermak, Kuleb və Podolyak xalqı kimi onlar da bəyan etdilər ki, rusları fiziki cəhətdən məhv etmək lazımdır. Bu, dəhşətli bənzətmədir”, - Lavrov bildirib.
QAZİLER.AZ