“Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın” - MM komitəsi

“Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın” - MM komitəsi backend

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək bu ölkə ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.

“Report” xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.

Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyirlər.

Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız şirkətlərin Azərbaycandan çıxarılması, onların Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var.

Diaspora