3 ölkə münaqişələrin həllində BMT-dən daha çox təsirə malikdir - Antonio Quterreş

3 ölkə münaqişələrin həllində BMT-dən daha çox təsirə malikdir - Antonio Quterreş backend

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri öz səlahiyyətlərini böyük ölçüdə itiriblər.

Qaziler.az bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunun iclasında deyib.

Onun sözlərinə görə, münaqişələrin həllində İsrail, İran və Türkiyə kimi ölkələrin təsiri daha çoxdur.

“Etiraf etməliyik ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir edən orta güclər var. İsrail, İran, Türkiyə kimi ölkələr, yaxın keçmişdə, mənim üzləşdiyim böhranlarda Təhlükəsizlik Şurasının beş daimi üzvündən qat-qat daha təsirli olduqlarını sübut etdilər”, - Quterreş deyib.

QAZİLER.AZ

Diaspora