Fransa Senatı 336 lehinə, 1 əleyhinə səslə Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Qaziler.az bu barədə "News.am"a istinadla xəbər verir.
Xəbərdə qeyd edilib ki, bu gün Fransa Senatı 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və onun ərazi bütövlüyünün pozulmasının qarşısının alınmasına” yönəlmiş partiyalararası qətnaməni müzakirə edib.
Qətnamədə həmçinin erməni əhalisinin Dağlıq Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunub.