ABŞ dövlət katibi Antoni Blinken Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna lideri Volodimir Zelenskiyə söz verib ki, Vaşinqton mövcud maliyyə problemlərinə baxmayaraq, Kiyevi dəstəkləməyə davam edəcək.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” AFP-yə istinadən xəbər verib.
"Biz Ukraynaya dəstəyimizi davam etdirməyə sadiqik və buna nail olmaq üçün Konqreslə çox sıx işləyirik", - Blinken deyib.
O qeyd edib ki, “Avropalı həmkarlar” da bunu edirlər.
QAZİLER.AZ