Lukaşenko Yaxın Şərqdəki vəziyyəti humanitar fəlakət adlandırdı

Lukaşenko Yaxın Şərqdəki vəziyyəti humanitar fəlakət adlandırdı backend

Belarus prezidenti Aleksandr Lukaşenko Yaxın Şərqdəki vəziyyəti “dəhşətli humanitar fəlakət” adlandırıb.

Qaziler.az bildirir ki, bu barədə məlumatı “BelTA” yayıb.

O, nüvə silahından istifadə ilə bağlı təhdidlərin Qəzza zolağında münaqişənin kəskinləşməsindən dərhal sonra edildiyini diqqətə çatdırıb. Dövlət başçısının sözlərinə görə, regionda baş verənlər Milli Təhlükəsizlik Konsepsiyasının və Belarusun Hərbi Doktrinasının layihələrini planlaşdırarkən proqnozlaşdırılıb.

Oradakı təxminlərin və proqnozların çoxu artıq reallaşır. Görün Yaxın Şərqdə nə baş verir?! Bu, dəhşətli humanitar fəlakətdir. Təəssüf ki, biz hərbi qüvvənin dövlətlərarası münasibətlərin qurulmasında əsas arqumentə çevrildiyi dövrə qayıtmışıq”.

QAZİLER.AZ

Diaspora