Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı verib backend

Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə səfirliyin "Facebook" hesabında paylaşım edilib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - qeyd edilib.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Diaspora