Ukrayna prezidenti Volodimir Zelenski sülh sammitinin təşkil edilməsi üçün İsveçrəyə müraciət edib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə ölkə prezidenti Viola Amherd Berndə keçirdiyi mətbuat konfransında bildirib. O, həmçinin bu tələbi yerinə yetirməyə hazır olduğunu bəyan edib.
“Zelenski məndən İsveçrənin də yüksək səviyyəli sülh sammiti təşkil etmək istəyib-istəmədiyini soruşdu. Mən təsdiqlədim ki, biz onu təşkil etməyə hazırıq”, - Amherd bildirib.
Öz növbəsində Volodimir Zelenski qeyd edib ki, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən “dünyanın bütün ölkələri” bu tədbirdə iştirak edə biləcək. Siyasətçinin sözlərinə görə, Kiyev sammitdə Qlobal Cənub adlanan ölkələrin, ilk növbədə Çinin nümayəndələrini görmək istəyir.
QAZİLER.AZ