Ukraynada mayın 25-dən əvvəl sülh gözlənilmir.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə rusiyalı iş adamı, milyarder Oleq Deripaska öz Telegram kanalında yazıb.
O xatırladıb ki, Dünya İqtisadi Forumu Davosda öz işinə başlayır və əsas mövzu Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq.
Deripaska vurğulayıb ki, ABŞ forumda ən yüksək səviyyədə təmsil olunacaq - dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iştirak edəcək.
Eyni zamanda, milyarder Rusiya nümayəndə heyətinin olmayacağından Ukraynadakı vəziyyətlə bağlı söhbətin konstruktiv nəticə verməyəcəyindən təəssüfləndiyini bildirib.
“Biz mayın 25-dən əvvəl sülhü gözləməli deyilik. Gündəmdə həmçinin Qəzza zolağında münaqişə var. Onun həlli ABŞ, BƏƏ, Qətər və İsraillə birlikdə müzakirə olunacaq”, - o qeyd edib.