2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçiriləcək.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, püşkatma 2024-cü il yanvarın 15-i saat 14:00-da MSK-nın inzibati binasında təşkil olunacaq