Yaxın vaxtlarda Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Ukraynaya səfər edəcək.
Qaziler.az-ın məlumatına görə, Fransanın “Le Figaro” nəşri yazır ki, o, artıq Kiyevə gedir.
Fransa diplomatiyasının yeni rəhbərinin Ukraynaya səfəri zamanı prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Qeyd olunur ki, bu görüş hələ Fransa Xarici İşlər Nazirliyinə Ketrin Kolonna rəhbərlik etdiyi vaxtlarda planlaşdırılıb. Lakin Fransa hökumətindəki sürətli dəyişikliklərə görə, iclasda onun yerini Sejurne tutacaq.
Fransalı nazirin Ukraynaya dəqiq nə vaxt gələcəyi dəqiqləşdirilməyib. Onun ətrafındakıların sözlərinə görə, Sejurne Rusiyanın təcavüzü fonunda ukraynalılara Fransanın dəstəyini nümayiş etdirmək üçün Kiyevə gedir.
QAZİLER.AZ