Ceyhun Bayramov bolqar həmkarı ilə danışıb

Ceyhun Bayramov bolqar həmkarı ilə danışıb backend

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

Ötən il ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.

Daha sonra, qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Diaspora