İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağında terror tunellərinin qazılmasında iştirakına görə Haaqa məhkəməsi qarşısında cavab verməlidir.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, onun sözlərinə görə, beynəlxalq məhkəmədəki proses təşkilatın və onun təsisatlarının “terrorçuların xidmətində silaha çevrildiyini” nümayiş etdirir.
BMT göz yumduğuna və bununla da Qəzzada terror tunellərinin qazılmasına, raketlərin istehsalı üçün beynəlxalq yardımdan istifadə edilməsinə, nifrət və qətli təşviq etdiyinə görə Haaqada mühakimə edilməlidir”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ