"Milyarder Donald Trampın Ağ Evə qayıtması Ukrayna böhranının həllinə kömək edə bilər".
Qaziler.az xəbər verir ki, bunu amerikalı ekspert Aleksandr Domrin “NEWS.ru”ya müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçkilərdə məğlub olması ilə indiki Ukrayna yox olacaq.
“Bu münaqişəni həll edə biləcək şəxs varsa, o da Trampdır. Volodimir Zelenskiyə simpatiya görmürəm. Tramp bu münaqişəni kimin yaratdığını çox gözəl anlayır - Ukrayna ilə Rusiya arasında deyil, münaqişə əslində Bayden və Rusiya arasındadır”, -amerikalı vurğulayıb.
QAZİLER.AZ