Avropa İttifaqı Ukrayna münaqişəsindən “yorulub” - ABŞ

Avropa İttifaqı Ukrayna münaqişəsindən “yorulub” - ABŞ backend

Avropa ölkələri digər məsələlərlə yanaşı, maliyyə ilə bağlı daxili problemlər fonunda Ukrayna münaqişəsindən “yorğunluq nümayiş etdirir”, Latviya, Litva və Estoniya isə Kiyevə yardım siyasətini davam etdirir.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Amerikanın “New York Times” qəzeti yazıb.

“Avropa ölkələri müharibə ilə əlaqədar artan yorğunluq və maliyyə çətinlikləri nümayiş etdirir”, - nəşr qeyd edib.

Qəzet vurğulayıb ki, ABŞ-ın Ukraynaya əlavə yardımı “sual altında”dır, çünki Konqresdəki Respublikaçılar silah tədarükünə və təxminən 61 milyard dollar dəyərində digər yardımlara mane olmağa davam edir.

Bu fonda, New York Times-a görə, belə bir inkişaf "müharibəyə dəstəyini azaltmaq istəyən Avropa rəsmilərinə siyasi pərdə verə bilər".

Nəşr ayrıca Kiyevə dəstək üçün “qala” olan Baltikyanı ölkələri vurğulayıb.

QAZİLER.AZ

Diaspora