Mühafizəkar “Likud” siyasi partiyasından olan İsrail Knessetinin (parlament) sağçı deputatı Nassim Vaturi İsrail Müdafiə Qüvvələrini “Qəzza zolağının yandırılmasına” çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.
“Haaqadakı dinləmələr ərəfəsində Likud Knessetinin üzvü “Qəzza zolağının yandırılması” çağırışını gücləndirir”, - nəşr yazıb.
Eyni zamanda, deputatın sözlərinə görə, İsrail ordusu Qəzzanın şimal hissəsindən günahsız dinc sakinləri evakuasiya etməyə nail olub.
QAZİLER.AZ