Berbok Qəzza zolağının kimə məxsus olduğunu deyib

Berbok Qəzza zolağının kimə məxsus olduğunu deyib backend

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağının və İordan çayının qərb sahilinin fələstinlilərə aid olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu haqda “Tagesschau” yazıb.  O, bu barədə Misirin xarici işlər naziri Sameh Sükri ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O vurğulayıb ki, fələstinlilərin bu ərazilərdən köçürülməsinə icazə verilməməlidir.

Berbok qeyd edib ki, anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra beynəlxalq ictimaiyyət Qəzza zolağında təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürəcək.

“İsrail ordusu Qəzzada dinc sakinləri qorumaq üçün daha çox iş görməlidir. Bu qədər günahsız fələstinlinin iztirabları davam edə bilməz”, - Almaniyanın xarici işlər naziri bildirib.

QAZİLER.AZ

Diaspora