2024-cü il yanvarın 5-də Belarus xarici işlər naziri Sergey Aleyniklə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib.
QAZILER.AZ. Axar.az-a istinaden xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Məhərrəm Əliyev Belarus XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib.
“Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Onlar ikitərəfli gündəlikdəki məsələlərin geniş spektrini müzakirə ediblər.
Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirib”, - məlumatda qeyd olunub.
Sergey Aleynik Məhərrəm Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.