Azərbaycanda bütün dinlər üçün hər cür şərait yaradılıb.
QAZILER.AZ. Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdikləri ilə bağlı bəyanatı haqqında danışarkən deyib.
Baş ravvin ölkəmizdə bütün dinlərə şərait yaradıldığını vurğulayıb və öz təcrübələrindən danışıb:
“Mən Bakıda anadan olmuşam. İki il əvvəl Azərbaycanda işim başa çatıb, indi İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda ravvin, Bakıda gürcü yəhudilərinin sinaqoqunda ravvin, 46 saylı məktəbdə ivrit sektorunun müdiri olmuşam. Mən dindar adamam və Azərbaycanda heç vaxt bu sahədə problemlə rastlaşmamışam. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə yəhudiliyin deyil, bütün dinlərin azad şəkildə yaşaması üçün hər cür şərait yaradılıb. Azərbaycanda hər zaman bütün dini bayramlarımızı heç bir maneə olmadan tam şəkildə qeyd edir, əlimizdə Tövratla küçələrdə sərbəst gəzirdik. Azərbaycanda sinaqoqlara, kilsələrə, məscidlərə hər il vəsait ayrılır. Oğuzda 2, Qubada 5, Bakıda isə 3 sinaqoq var, hamısına vəsait ayrılıb. Bundan əlavə, dövlət onların təhlükəsizliyini təmin edir”.