Ukrayna ilə bağlı hələ də razılaşma yoxdur - Senator

Ukrayna ilə bağlı hələ də razılaşma yoxdur - Senator backend

ABŞ-ın cənub sərhədində təhlükəsizliyin gücləndirilməsi, Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılaşma hələ də əldə olunmayıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı senator Kris Mörfi bildirib.

“Bu sazişin mahiyyəti o qədər mürəkkəb olacaq ki, biz görüşlərə qayıdana qədər onun kifayət qədər səs toplayıb-toplamadığını bilməyəcəyik", - senator vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresi Ağ Evin Kiyevə yeni yardım tələbi ilə razılaşmayıb. Administrasiya bildirib ki, qanunvericilərin razılığı olmadan onlar Ukraynaya silah göndərə bilməyəcəklər.

 

 

Diaspora