NATO-dan Bakı-İrəvan münasibətləri ilə bağlı açıqlama

NATO-dan Bakı-İrəvan münasibətləri ilə bağlı açıqlama backend

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

O qeyd edib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa Birliyinin, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir.

Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.

“Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”, - o vurğulayıb

 

 

Diaspora