Zaxarova “Taliban”ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasını müsbət qarşılayıb

Zaxarova “Taliban”ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasını müsbət qarşılayıb backend

“Qazaxıstanın “Taliban”ı terror təşkilatlarının siyahısından çıxarmaq qərarı Əfqanıstanın təcrid vəziyyətindən çıxarılmasına və regionda sabitliyin bərqərar olmasına kömək edəcək”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Rusiya rəsmisi vurğulayıb ki, Astananın bu qərarı Əfqanıstan hakimiyyəti ilə dialoqun inkişafına müsbət təsir göstərəcək, regional təhlükəsizliyin qorunmasına, terrorizm və narkotik cinayətlərinə qarşı mübarizəyə töhfə verəcək.

“Bu addım Əfqanıstanı beynəlxalq təcriddən çıxarmağa və qlobal siyasi və iqtisadi proseslərə daha da inteqrasiya etməyə kömək edəcək, həmçinin Əfqanıstan əhalisinə humanitar dəstək üçün yeni imkanlar açacaq”, - deyə diplomat qeyd edib.

Məlumat üçün əlavə edək ki, Qazaxıstan hakimiyyəti Əfqanıstanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb.

Mənbə: TASS / Oxu.az

Diaspora