Gələn il fəaliyyətə başlayacaq Azərbaycanın Əfqanıstandakı səfirliyinin binası Kabil şəhərində yerləşəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 28-də imzaladığı Sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. (Report.az)