HƏMAS hərəkatının rəhbərliyinin üzvü Usamə Həmdan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fələstinlilərə qarşı ədalətsizliyin aradan qaldırılmasında tutduğu mövqeyə görə minnətdarlığını bildirib.
Qaziler.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, regionda sabitliyin yaradılması hərəkatın əsas məqsədlərindən biridir.
“Rusiya xarici işlər naziri Lavrovun fələstinlilərin məruz qaldığı haqsızlıqların aradan qaldırılması və regionda sabitliyə nail olunmasının vacibliyini vurğuladığı bəyanatlarını yüksək qiymətləndiririk”, - Həmdan bildirib.
QAZİLER.AZ