"Avropada qaza olan tələbatın süni şəkildə məhv edilməsi müşahidə olunur. Bu, dünya enerji tarixində ilk dəfədir ki, baş verir”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu "Qazprom"un rəhbəri Aleksey Miller ilin nəticələrinə yekun vurulan iclasda deyib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrində bu sənayesizləşməyə gətirib çıxarıb.
Avropadakı vəziyyət bizə yaxşı məlumdur. Orada da rekord vurulub. Dünya enerji tarixində ilk dəfə olaraq qaza olan tələbat süni şəkildə məhv edilir. Əsas enerji daşıyıcısına, ekoloji cəhətdən təmiz enerji məhsullarından birinə olan tələbatı qəsdən, təsəvvür edin, məhv etmək... Bu, tarixdə heç vaxt olmamışdı. Bir çox Avropa ölkələrində bu, faktiki olaraq sənayesizləşdirməyə gətirib çıxarıb”, - Miller qeyd edib.
O, həmçinin vurğulayıb ki, ekspertlərin fikrincə, qaza tələbat artmaqda davam edəcək. Növbəti 25 il ərzində onun 43% artacağı gözlənilir. Miller əlavə edib ki, Rusiya etibarlı enerji təchizatında maraqlı olan dövlətlərlə əməkdaşlığı inkişaf etdirir, xüsusən də şərq istiqamətində işlər aparılır.
QAZİLER.AZ