“Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti olaraq qaldığı müddətdə İsrail səfiri Türkiyəyə qayıtmayacaq”.
Qaziler.az “Details” portalına istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen “Reshet Bet” radiosuna açıqlamasında deyib. O, İsrail səfirini geri çağırmağı düzgün qərar hesab edib.
“Ərdoğan nankordur. Fevralda biz güclü zəlzələdən sonra Türkiyəyə yardım etdik, hətta orada səhra xəstəxanası da açdıq. Biz Ərdoğanın Almaniya kansleri Olaf Şoltsun yeni nasistlər adlandırdığı HƏMAS üzvlərinə qarşı məsuliyyətsiz davranışını görürük”, - Koen bildirib.
QAZİLER.AZ