Ukrayna bəzi ərazilərdən “müvəqqəti olaraq” imtina etməlidir - Alman siyasətçi

Ukrayna bəzi ərazilərdən “müvəqqəti olaraq” imtina etməlidir -  Alman siyasətçi backend

Müharibədə barışıq əldə etmək üçün Ukraynanın bəzi ərazilərindən “müvəqqəti olaraq” imtina etməsi məqsədəuyğun olardı.

Qaziler.az bildirir ki, UNİAN-nın "Spiegel"ə istinadla verdiyi məlumata görə, bunu Almaniyanın Saksoniya əyalətinin baş naziri Mixael Kretşmer deyib.

“Ola bilsin ki, atəşkəs əldə olunarsa, Ukrayna əvvəlcə müəyyən ərazilərin müvəqqəti olaraq Ukrayna üçün əlçatmaz olduğunu etiraf etməli olacaq”, - o deyib.

“Ukrayna ərazisinin bir kvadrat metri belə ruslaşmadı. Amma digər böyük müharibələrdə olduğu kimi, yekun qərarın vaxtı çatıb”, - Kretşmer əlavə edib.

O, bir daha Almaniya hökumətini Ukraynanı təkcə silahla təmin etməməli, həm də diplomatik təşəbbüslərə əl atmalı olduğunu və müttəfiqlərin Putinə təsir göstərməyə və atəşkəsi mümkün etməyə çalışmalı olduğunu ifadə edib.

QAZİLER.AZ

Diaspora