“Sülh heç vaxt bu qədər yaxın olmayıb”.
Apa “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik", - Alen Simonyan jurnalistlərə bildirib.
O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür.