Belarus prezidenti Aleksandr Lukaşenko Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cosef Borrelin Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşmağa çağıran sözlərini cəfəngiyyat adlandırıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Belarus lideri vurğulayıb ki, nə Rusiya Federasiyası, nə də Belarus Respublikası Şimali Atlantika Alyansı ilə silahlı münaqişəyə can atmır.
“Bu axmaqlıqdır! Bu adam pis insandır, axmaqdır! Onun siyasətlə heç bir əlaqəsi yoxdur! Ağıllı olsaydı, iş adamı kimi belə fikirləşərdi: Rusiya ilə biz bu problemlərin öhdəsindən gəlməliyik, yoxsa biz bunların üzərinə yenilərini əlavə edəcəyik? İstənilən şəxs belə düşünərdi”, - Lukaşenko bildirib.
Lukaşenko həmçinin vurğulayıb ki, Rusiya və Belarus vətəndaşları yeni münaqişə istəmirlər. Onun sözlərinə görə, hazırda vəziyyət həm dünya ölkələri, həm də Qərb üçün əlverişlidir.
QAZİLER.AZ