Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin həllinin yalnız siyasi yolla mümkün olduğunu anlamağa başlayıb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, Belarus lideri Aleksandr Lukaşenko jurnalistlərə bildirib. O vurğulayıb ki, bu yol Ukrayna dövlət başçısı üçün yeganə şansdır.
Biz onlarla (Ukrayna hakimiyyəti) daha sıx işləyəcəyik ki, bunun yeganə şans olduğunu başa düşsünlər. İstifadə etməsələr, daha da çökmüş olacaqlar. Bu fikri artıq politoloqlar da anlayıb. Hərbçilər həmişə təzyiq edir, hərbçilər nə baş verdiyini görür. Təzyiq çox güclüdür. Yəqin ki, Zelenskinin mətbuat konfransından onun bunları anlamağa başladığını görmüsünüz”, - Lukaşenko qeyd edib.
QAZİLER.AZ