"İğtişaşlar Vuçiç üçün ən yaxşı hədiyyədir" - Serb politoloq

"İğtişaşlar Vuçiç üçün ən yaxşı hədiyyədir" - Serb politoloq backend

Belqraddakı iğtişaşlar Serbiya prezidenti Aleksandr Vuçiçə müxalifətin verə biləcəyi ən yaxşı Yeni il hədiyyəsi olub.

Qaziler.az xəbər verir ki, bunu serb politoloqu, Avropa Araşdırmaları İnstitutunun elmi işçisi, professor Stevan Qajiç NEWS.ru-ya bildirib.

Onun fikrincə, anti-hökumət qüvvələri cavab olaraq bütün ölkə boyu kütləvi iğtişaşlara başlamaq üçün Vuçiçi sərt repressiyaya təhrik etmək istəyiblər, lakin prezident təmkinlə reaksiya verərək onların planlarını pozub.

“Bir çox serblərin etiraz etmək üçün səbəbləri var, lakin bunu edəcək mütəşəkkil qüvvə yoxdur. Vuçiç, deyə bilərik ki, NATO əleyhinə müxalifəti məhv etdi. Qalan yeganə yarımciddi müxalifət qərbyönlü müxalifətdir. Amma onun lazımi enerjisi yoxdur. Bizim gördüyümüz hər şey çox süni, saxta və sayca azdır”, - Qayiç bildirib.

Professorun sözlərinə görə, Serbiyada müxalifət parçalanıb. Onun əhəmiyyətli bir hissəsi etirazçıların Belqradda istifadə etdiyi zorakılıq üsullarını dəstəkləmir. Ekspertlərin proqnozlarına görə, paytaxtda vəziyyət sakitləşəcək.

“Etirazlar heç kimin vecinə olmayanda bayramlar başlayacaq. Yanvarın ortalarında ictimai həyat davam edəcək. Və Vuçiçin yeni taktika üzərində düşünmək üçün kifayət qədər vaxtı olacaq”, - Qajiç əlavə edib.

QAZİLER.AZ

Diaspora