Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) bir qrup deputatı respublikanın Konstitusiya Şurasına – ölkə Konstitusiyasının yeni qanunlarının müvafiqliyini müəyyən edən instansiyaya müraciət edərək, miqrasiya haqqında yeni qanunun ləğvini tələb edib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Parlamentarilərin sözlərinə görə, “sənəddə Konstitusiyaya zidd olan rekord sayda maddə mövcuddur”. Onlar Konstitusiya Şurasından qanunun tam ləğvini tələb edirlər. Deputatların fikrincə, bu maddələr “bərabərlik prinsipini pozur”.
Söhbət dörd solçu parlament qrupundan – “Fransaya tabe olmayanlar”, “Sosialist partiyası”, “yaşıllar” və kommunistlərdən gedir.