Müxalifət Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şikayətlərinə baxmayaraq, sağlam göründüyü üçün xəstəxanadan həbsxana kamerasına qaytarılmasını tələb edir.
Qaziler.az bildirir ki, bunu gürcü politoloq Vaso Kapanadze “NEWS.ru”ya bildirib.
Ekspert hesab edir ki, hadisələrin bu cür dönüşünün qarşısını almağa çalışan Saakaşvili xarici mətbuata müsahibələrində səs-küylü bəyanatlar verir ki, bu da diqqəti cəlb edir.
“Keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Naminə” müxalifət partiyası Saakaşvilinin kameraya qaytarılmasını tələb edib. Bunu cümə axşamı partiya liderlərindən biri, parlament üzvü Mixail Dauşvili deyib. Deputat xatırladıb ki, altı il müddətinə azadlıqdan məhrum edilmiş eks-prezident ötən ilin may ayından həbsdə deyil, Tbilisinin ən yaxşı özəl klinikalarından birində müalicə olunur”, - Vaso Kapanadze deyib.
Politoloq əlavə edib ki, Saakaşvilinin ağır xəstəliklərdən şikayətlənsə də, lakin onun eyni zamanda xarici jurnalistlərə, o cümlədən televiziyalara uzun-uzadı müsahibələr verməyə başlaması və kifayət qədər sağlam görünməsi faktı “Gürcüstan naminə” partiyasını hiddətləndirib. Sabiq dövlət başçısının özü bildirib ki, onu həbsxanaya qaytarmaq olmaz.
“Cümə günü Saakaşvili bu ittihamlara cavab verib. Televiziya müsahibəsində o, çoxsaylı xəstəliklərin əlamətlərinin 80%-nin davam etdiyini bildirib. Beləliklə, o, cəzasını çəkmək üçün həbsxana kamerasına qaytarıla bilməyəcəyini açıqladı”, - Kapanadze qeyd edib.
QAZİLER.AZ